“Azərbaycan dili” dərsliyində dil qaydalarının öyrədilməsi yolları (I sinif üzrə)
Fəridə SəfərəliyevaDOI: doi.org/10.48445/t3810-1089-1474-v
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Məqalədə I sinif üzrə “Azərbaycan dili” dərsliyində şagirdlərə dil qaydalarının öyrədilməsi yollarından bəhs edilir. Dərslikdə təhsilin məzmunu, onun tərbiyələndirici və inkişafetdirici imkanları konkretləşdirilir. Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, əqli fəaliyyətinin əsas üsullarını formalaşdırmaq üçün dərsliklər ən etibarlı vəsait kimi dəyərləndirilir. Belə ki, onlar ibtidai sinif şagirdlərinin dilin qrammatik formalarını şüurlu şəkildə dərk etmələri, lüğət ehtiyatını sürətlə qavramaları üçün geniş imkanlar yaradır. Hər hansı qrammatik qayda və terminlərin mənimsədilməsi lüğət ehtiyatının dəqiqləşdirilməsinə xidmət edir. Şagirdlər qrammatik qaydaların mənasını anladıqda, müvafiq dil materialında qruplaşdıraraq həmin sözlərlə ifadə etməyi bacardıqda məzmunu daha aydın dərk edirlər. Bu da dilin forma və məzmunu arasında asılılığın başa düşülməsidir.
AÇAR SÖZLƏR
ibtidai sinif, dil qaydaları, metod və yollar