Müasir təhsil sistemində Azərbaycan dilinin inkişaf perspektivləri
Aynur BədəlovaDOI: https://doi.org/10.48445/n7051-8106-6071-f
ORCID ID: https://orcid.org/0009-0002-9288-6218
Tarix: 24 Aprel 2025
XÜLASƏ
Azərbaycan
dilinin qorunub saxlanılması və inkişafı perspektivləri təhsil sistemində dilin
istifadəsi ilə tənzimlənir. Belə ki, Azərbaycan dili ölkənin bütün təhsil müəssisələrində
əsas tədris dili olaraq formalaşmışdır. Müasir dövrümüzdə məktəblərdə və ali təhsil
müəssisələrində Azərbaycan dili fənninin tədrisində keyfiyyətin yüksəldilməsinə
olduqca böyük önəm verilir. Təhsil proqramlarının hazırlanması, məktəb dərsliklərinin
daha da təkmilləşdirilməsi, onlayn platformaların yaradılması, rəqəmsal
resursların inkişaf etdirilməsi dilin gənclər arasında işçi dil olaraq istifadəsinə
əhəmiyyətli təsir göstərir. Məqalədə Azərbaycanda təhsil sisteminin inkişafında
ana dilinin rolu, istifadə imkanları, müstəqillik əldə etdikdən sonra dilin,
milli dəyərlərin, adət-ənənələrin, mədəniyyətin təhsil sahəsində islahatlar
yolu ilə həyata keçirildiyi araşdırılır. Azərbaycan dilinin təhsil sistemində
inkişafına dövlət səviyyəsində fəal dəstəyin həyata keçirilməsi müasir dövrdə həm
məktəb, həm də ali təhsil müəssisələrində savadlı və mədəni mühitin
formalaşmasına, öyrənənlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə geniş
imkanlar açır.
AÇAR SÖZLƏR
təhsil,
dil, məzmun, sistem