Milli kimliyin formalaşmasında dilin funksiyası
Sahilə İbrahimovaDOI: https://doi.org/10.48445/t3277-6695-1870-i
ORCID ID: https://orcid.org/0009-0008-6960-524X
Tarix: 24 Aprel 2025
XÜLASƏ
İnsan həyatı
və ictimai proseslər təsadüflərdən ibarət deyil. Düşünülən, hiss edilən və gözlə
görünən hər iş mütləq bir səbəbə, gözlənilən nəticəyə əsaslanır. Bu mənada
insanın və cəmiyyətin gələcəyi keçmişin toplanmış təcrübəsi üzərində
formalaşır. Bu prosesdə təcrübə və yaddaş əsas rol oynayır. Bu iki amil nəticəsində
formalaşan, insanı və ya cəmiyyəti müəyyənləşdirən anlayış isə şəxsiyyətdir. Məqalənin
əsas məqsədi mədəniyyəti və tarixi olmayan, nəticədə, milli kimliyi
formalaşmayan cəmiyyətin inkişafının mövcudluğuna dair bəzi tədqiqatçıların
araşdırmalarını təhlil etməkdir. Müəllif məqalədə bu amillərin mövcud olmadığı
təqdirdə, həm fərdlərin, həm də cəmiyyətin aciz və köməksiz vəziyyətə düşdüyünü
vurğulayır. Tədqiqatın əhəmiyyəti dilin tarixi əlaqələrini və kimlik məsələsini
araşdırmaqla, bu mövzulara dair qısa xronologiya təqdim etməkdir.
AÇAR SÖZLƏR
cəmiyyət, dil, kimlik, mədəniyyət, tarix