TƏRƏFDAŞLAR


Məqalələr

Bədii ədəbiyyatda müstəqillik dövrünün irəli sürdüyü mövzu və ideyalar

Günel Hümmətova (Pəniyeva)
DOI: https://doi.org/10.48445/p7221-2866-9112-o
ORCID ID: https://orcid.org/0000-0002-8916-3484
Tarix: 24 Aprel 2025

XÜLASƏ

Müstəqillik əldə edildikdən sonra Azərbaycan ədəbiyyatında yaranan durğunluq qısa müddət ərzində aradan qaldırıldı. Baş vermiş ictimai-siyasi hadisələrin yaratdığı ruh yüksəkliyi, müstəqillik duyğusu ədəbi nümunələrin hər bir sətrində özünü göstərməyə başladı. Qələmi ilə hisslərini vərəqə köçürən nasirlər 20 Yanvar və Qarabağ şəhidlərinin, qaçqın və məcburi köçkün damğası alıb öz yurdunda vətənsiz qalan sakinlərin daxili hiss-həyəcanlarını, başlarına gələn fəlakətlərin bədii təsvirini yaratmağa çalışdılar. Tədqiqatın aktuallığı məhz müasir dövrdə qələmə alınan bəzi əsərlərin xronoloji təsvirini verməkdir. Burada əsas məqsəd müstəqilliyimizi ifadə edən ədəbi nümunələrin bir qisminin təhlilinə nail olmaqdır. Məqalədə müqayisəli metoddan istifadə edilərək müstəqillik dövrü ədəbiyyatının təhlili aparılmışdır. Məqalənin elmi yeniliyinə gəldikdə isə onu qeyd etmək olar ki, 30 illik bir dövrü əhatə edən nisgilli Azərbaycan ədəbiyyatı 2020-ci ildən etibarən zəfər motivlərini əks etdirməyə başladı. Məqalədən əldə edilən nəticə isə bu geniş tarixi dövr ərzində yaradılmış əsərlərin hər birində ifadə olunan peşmanlıq hissinin nümunələr əsasında müəyyənləşdirilməsidir. Məqalənin praktiki əhəmiyyəti müstəqilliyi özündə ehtiva edən bədi nümunələr üzərində tədqiqat işinin aparılmasıdır.

 

 

AÇAR SÖZLƏR

bədii ədəbiyyat, müstəqillik dövrü, bədii boyalar


Məqaləni yüklə

İNDEKSLƏMƏ