Akademik kommunikasiyada Azərbaycan dilinin yeri
Zabitə Teymurlu, Sevinc QəmbərovaDOI: https://doi.org/10.48445/z3812-3348-2221-h
ORCID ID: https://orcid.org/0000-0002-9625-5029 ǀ https://orcid.org/0000-0002-2673-5051
Tarix: 24 Aprel 2025
XÜLASƏ
“Azərbaycan
dilində işgüzar və akademik kommunikasiya” fənni 2020–2021-ci tədris ilindən
etibarən, ali məktəblərin bütün ixtisaslarında tədris olunaraq tələbələrə
akademik və işgüzar kommunikasiya üzrə təməl biliklər verir, onları müvafiq
bilik və bacarıqlara yiyələndirir. Akademik kommunikasiya şifahi (mühazirə, məruzə,
çıxış) və yazılı (dərs vəsaiti, monoqrafiya, dissertasiya, məqalə və s.)
olmaqla iki hissəyə ayrılır. Azərbaycan dilinin elmi üslubu kifayət qədər
inkişaf etdiyindən mütəxəssislər bu dildə yüksək səviyyədə akademik
kommunikasiya qura bilirlər. Ali məktəblərdə istənilən ixtisas üzrə mühazirələr
deyilir, elmi konfranslarda məruzələr edilir, dissertasiya və məqalələr
yazılır. Bununla yanaşı, ölkəmizin hüdudlarından kənarda da elmi məqalələri
yazıldığı dildə çap etdirmək imkanı əldə edilmişdir. Məqalədə şifahi akademik
kommunikasiyanın formaları, səciyyəvi xüsusiyyətləri, bir-birindən fərqi,
onlara verilən başlıca tələblər açıqlanmış, həmçinin humanitar sahələr üzrə Azərbaycan
dilində ödənişsiz olaraq elmi məqalələr qəbul edən və nüfuzlu beynəlxalq
bazalarda indekslənən bir neçə xarici jurnal (Türkiyə) barədə məlumat
verilmişdir. Tədqiqat zamanı müşahidə, müqayisə və təsviri metodlardan istifadə
edilmişdir. Araşdırma ali məktəblərdə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlər,
tədqiqatçılar və doktorantlar üçün faydalı ola bilər.
AÇAR SÖZLƏR
şifahi və
yazılı akademik kommunikasiya, Azərbaycan dili, məqalə, elmi jurnal