TƏRƏFDAŞLAR


Məqalələr

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında milli xarakterin ifadə vasitələri

Ulduz Qəhrəmanova
DOI: https://doi.org/10.48445/k3590-0275-7344-c
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 24 Aprel 2025

XÜLASƏ

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas mövzularından biri bədii əsərlərdəki milli xarakter məsələsidir. Milli xarakterin vacib ünsürlərindən biri isə onun ümumbəşərilik prinsipinə uyğun olmasıdır. Milli dəyərlərə hörmət bəşəri keyfiyyətdir. İnsanın kimliyi genetik milli xüsusiyyətlərlə, eləcə də nəsil şəcərəsi ilə müəyyən olunur. Milli xarakterdəki millilik estetik kateqoriya kimi dəyərləndirilir. Məlumdur ki, yazıçı milli xarakteri bədii əsərə gətirməklə, ilk növbədə tarixi və milli dəyərləri ön plana çıxarır. Ədəbiyyatşünaslıqda millilik milli atributlarla müəyyənləşir. Azərbaycan ədəbiyyatında milli xarakterləri müəyyənləşdirən atributlar ümumtürk düşüncə tərzinin milli-etnik mənsubiyyəti və bu mənsubiyyətə daxil olan ar, namus, ismət, qadına hörmət, qohumluq əlaqələrinə bağlılıq və s. bu kimi dəyərlər sistemindən ibarətdir. Dünya və zaman dəyişsə də, milli-mənəvi dəyərlər dəyişmir. Milli mentalitet xalqın, millətin dəyərlər sistemidir. Ümumtürk milli mentalitetinə daxil olan ailəyə sadiqlik, namus-qeyrətin qorunması, adət-ənənəyə, ümumtürk qayda-qanunlara əməl edilməsi kimi dəyərlər sistemi türk insanını xarakterizə edən ən ali və vacib cizgilərdir. Beləliklə, ümumtürk milli kimliyin “təməl kimliyi”nə, yəni “milli kimliyi”ə daxil olan amillər: ailə, din, soykök, milli-mənəvi dəyərlər, yəni inanclar, adət-ənənələrdir.

 

 

AÇAR SÖZLƏR

müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, genetik kimlik, milli-mənəvi dəyərlər sistemi, milli atributlar, ümumbəşərilik


Məqaləni yüklə

İNDEKSLƏMƏ