TƏRƏFDAŞLAR


Məqalələr

Dil fikrin libası və ədəbiyyatın yaşadığı dünyadır

Rəhilə Hümmətova
DOI: https://doi.org/10.48445/u6287-0919-7129-j
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 24 Aprel 2025

XÜLASƏ

Dil insanın duyğu və düşüncələrini ifadə edən sirli-sehrli bir vasitə, insanın ünsiyyətinə, təfəkkürünün formalaşmasına xidmət edən işarələr toplusudur. Dil insanın bütün fəaliyyət sahəsini əhatə edir. Onun köməyi ilə dünya dərk edilir və insan öz milli kimliyini formalaşdırır. Azərbaycan dili fonetik sisteminin səlisliyi, lüğət tərkibinin zənginliyi, üslub zərifliyi, ifadə imkanları, struktur-semantik bütövlüyü, qrammatik struktur sabitliyi ilə seçilir. “Əqlin intellektual instinkti”, “incəsənət” adlandırılan və yalnız insana məxsus olan bu aləmdə xalq ruhunun zənginliyi, daxili dünyası, yaşanmış maddi-tarixi aləmi, yurd, el-oba məhəbbəti, humanizmi, elmi-fəlsəfi təfəkkürünün və poetik düşüncələrinin qüdrəti öz əksini tapır. Azərbaycan dili geniş ifadə imkanlarına malik olmaqla fikir və duyğuların sərbəst ifadəsinə şərait yaradan zəngin bir dildir. Şirin, kövrək laylası ilə ruhumuza, qanımıza, canımıza hoparaq milli kimliyimizi formalaşdıran doğma dilimizdir Azərbaycan dili! Bu dil zaman keçdikcə, minilliklər arxada qaldıqca keçmişlə gələcəyi qovuşduran polad körpüyə çevrilir. Dil xalqın təfəkkürünün güzgüsüdür. Hər bir millətin intellektual səviyyəsi genetik kod kimi onun dilində, yaddaşında məskən salır. Məqalədə müəllifin, eyni zamanda klassiklərin, elm və dövlət xadimlərinin dil haqqında fikir və düşüncələri, həmçinin dilin funksiyaları öz əksini tapmışdır.

 

 

AÇAR SÖZLƏR

dil, milli kimlik, dilin emotiv funksiyaları


Məqaləni yüklə

İNDEKSLƏMƏ