Dilimizin inkişafı və dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin rolu
Könül MəmmədovaDOI: https://doi.org/10.48445/g9482-7449-4296-t
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 24 Aprel 2025
XÜLASƏ
Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan
dilinin qorunması və inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən,
bununla bağlı imzaladığı sərəncam və fərmanlardan bəhs olunur.
Müdrik
şəxsiyyət hər zaman öz çıxışlarında tarixi keçmişdən aldığımız dərsləri yada
salır, xalqımızın başına gətirilən müsibətləri unutmamağı, bütün bunlardan ibrət
almağı tövsiyə edirdi. Onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsi bu gün
dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi birləşdirən milli
ideologiyadır. Azərbaycan
Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan
dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının
ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə
Ulu öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə
hər kəsə örnək olmuş, ana dilimizin qorunması və təbliği istiqamətində müstəsna
tədbirlər görmüşdür. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun
saflığının qorunub işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə
yol tapmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Görkəmli dövlət xadimi ana dilinə – Azərbaycan xalqının milli dilinə daim diqqət
yetirmişdir.
AÇAR SÖZLƏR
dilimizin inkişafı, dövlətçilik
tarixi, ümummilli lider, dil siyasəti, dilin saflığı, dövlət dili