TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dili: tarixi təşəkkülü və formalaşması

Ədalət Abbasov, Həmzə Əliyev
DOI: https://doi.org/10.48445/v1478-7966-8001-r
ORCID ID: https://orcid.org/0000-0002-9704-1874 ǀ https://orcid.org/0000-0003-2344-8388
Tarix: 24 Aprel 2025

XÜLASƏ

Azərbaycan dili xalqımızın milli dili, milli sərvətidir. Hər bir dilin tarixi həmin dilin daşıyıcısı olan xalqın, millətin tarixi ilə sıx bağlıdır. Buna görə də dilin təşəkkülü və formalaşması tarixini müəyyənləşdirərkən tarixə əsaslanmaq lazım gəlir. Mövzunun aktuallığını qoruyub saxlamaq üçün bu tarixi araşdırmanı iki istiqamətdə aparmaq daha məqsədəuyğun hesab edilir:

1. Dilin inkişaf tarixinin araşdırılması.

2. Dilin müxtəlif adlarla işlənmə tarixinin araşdırılması.

Müasir Azərbaycan ədəbi dili hazırkı inkişaf səviyyəsinə uzun mərhələlərdən keçərək çatmışdır. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının dili də onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan ədəbi dilinin inkişaf tarixi aşağıdakı dövrlərə bölünür:

 I dövr – Azərbaycan ədəbi dilinin formalaşması və tədricən inkişaf dövrü (V–XVIII əsrlər)

II dövr – Azərbaycan ədəbi dilinin tam sabitləşməsi dövrü (XIV əsr)

III dövr – Azərbaycan ədəbi dilinin inkişaf dövrü (XX əsrin əvvəllərindən bu günə kimi keçdiyi dövr). Dillərin tipoloji bölgüsü morfoloji quruluşa, geneoloji bölgüsü isə qohumluq mənşəyinə əsaslanır. Azərbaycan dili tipoloji təsnifə görə, iltisaqi, aqlütinativ dillərdəndir. Bu dil geneoloji bölgüyə əsasən türk dillərinin Oğuz qrupuna daxildir.

 

 

AÇAR SÖZLƏR

Azərbaycan dili, türk-tatar dili, Oğuz dilləri, tipoloji bölgü, geneoloji xüsusiyyət



Məqaləni yüklə

İNDEKSLƏMƏ