Ana dilimizi - mənəvi kimliyimizi qoruyaq
Sədaqət HəsənovaDOI: https://doi.org/10.48445/v5037-6014-7752-t
ORCID ID: https://orcid.org/0009-0002-9996-6229
Tarix: 24 Aprel 2025
XÜLASƏ
Dilin
saflığı hər bir cəmiyyətin mədəni, intellektual və sosial inkişafının ayrılmaz
hissəsi olub, xalqın zəngin tarixini, adət-ənənələrini, kimliyini, mənəviyyatını
əhatə edir. Məqalədə dilin təmizlik anlayışı, onun əhəmiyyəti, müasir cəmiyyətdə
bu sahədə mövcud olan problemlər və dilin qorunub saxlanması üçün istifadə
oluna biləcək metodlar tədqiq edilir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də
xalqın, bütöv cəmiyyətin düşüncə tərzi, həyat fəlsəfəsini əks etdirən qiymətli
qaynaqdır. Dildə “təmizlik” anlayışı dedikdə, dilin ilkin və ya qatqısız
formasının qorunub saxlanması, yad təsirlərdən azad olması nəzərdə tutulur. Bu
anlayış dilin məxsus olduğu xalqın tarixini, dəyərlərini və adət-ənənələrini
özündə ehtiva edir. Bununla yanaşı, dil təmizliyi ideyası qloballaşma,
texnoloji tərəqqi və mədəni mübadilə kontekstində həm mübahisəli, həm də
inkişaf edən bir məsələdir. Dil nəsillər arasında bilik, dəyər və inancları
ötürən bir mədəniyyət saxlancıdır. O yalnız ünsiyyətə deyil, həm də şəxsiyyəti
formalaşdırmağa, düşüncənin ifadəsinə, kollektiv şüurun inkişafına xidmət edir.
Bir xalqın ruhu, mənəviyyatı onun dilində yaşayır. Dilin qorunması xalqın mənəviyyatının
qorunması deməkdir.
AÇAR SÖZLƏR
milli kimlik, ana dili, ünsiyyət, mənəviyyat