Dilimiz – qayğılarımız: mülahizələr, iradlar, təkliflər
Minaxanım Nuriyeva TəkləliDOI: https://doi.org/10.48445/p9173-7771-9242-c
ORCID ID: https://orcid.org/0000-0002-4985-8134
Tarix: 24 Aprel 2025
XÜLASƏ
Alınma sözlər xalqlar arasında yaxın münasibətlər nəticəsində,
bəzən də siyasi şəraitin təsiri ilə qəbul olunaraq zamanla xalqın milli sərvəti
sayılan ana dilinə lazımsız “yad” ünsürlərin daxil olmasına səbəb olmuşdur. Yüzlərlə
alınma sözün dilimizdə tam qarşılığı olduğu halda, yeni alınmalar bir müddət
sinonimləri ilə yanaşı işlənmiş, sonra isə tədricən onları sıxışdıraraq dildən
tamamilə çıxarmışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra dilimizin lüğət tərkibində
ciddi irəliləyişlər əldə olunmuşdur ki, bunun da nəticəsində bir vaxtlar
alınmalar qarşısında işləkliyini itirmiş sözlər yenidən öz funksionallığını bərpa
etməkdədir. Məqalədə bu məsələləri işıqlandırmağa çalışmışıq.
AÇAR SÖZLƏR
ana dili, alınma söz, dialekt, nitq, milli dil,
arxaik