İbtidai siniflərin Azərbaycan dili dərslərində müasir təlim prosesinin prioritet istiqamətləri
Könül MəmmədovaDOI: doi.org/10.48445/p4575-9103-8621-l
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Məqalədə müasir təlim prosesində Azərbaycan dili fənninin əsas məqsədi, əhəmiyyəti və vəzifələrindən bəhs olunur. Qeyd olunur ki, ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisində başlıca məqsəd şagirdlərdə hərtərəfli nitq bacarıqları və nitq mədəniyyətini formalaşdırmaqdır. Bu o deməkdir ki, təhsilini başa vurmuş hər bir məktəbli aydın, səlis nitqə malik olmalı, fikir və düşüncələrini həm şifahi, həm də yazılı formada sərbəst şəkildə ifadə etməyi, şəraitdən asılı olaraq başqaları ilə ünsiyyət qurmağı, müəyyən problemlə bağlı müzakirə aparmağı, lazımi məqamda söylənilmiş mülahizələri ümumiləşdirməyi bacarmalıdır. Qabaqcıl təcrübə göstərir ki, qarşıya qoyulan məqsəd və vəzifələrin həyata keçirilməsi üçün dilin nitq fəaliyyəti zəminində tədrisi yeniliyi həyata keçirməyə qabil olan ən optimal yoldur və təlimin keyfiyyəti bu işin düzgün təşkilindən asılıdır.
AÇAR SÖZLƏR
müasir təlim, nitq bacarıqları, ümumi inkişaf səviyyəsi, nitq fəaliyyəti