İnşa yazılarının təşkili və xüsusiyyətləri
Sevinc QəmbərovaDOI: https://doi.org/10.48445/c1839-4509-4951-h
ORCID ID: https://orcid.org/0000-0002-2673-5051
Tarix: 27 May 2025
Məqalədə
orta məktəblərdə inşa yazı işlərinin əhəmiyyətindən, onların təşkili və
xüsusiyyətlərindən bəhs edilmişdir. İnşa yazıları şagirdlərin yazılı və şifahi
nitq bacarıqlarını inkişaf etdirən səmərəli yazı növlərindən biridir. Mövzusuna
görə bir neçə növə bölünür: rəy-inşalar, peyzaj, yaxud portretlərə həsr edilmiş
inşalar və s. Məqalədə həmçinin inşa yazı növünə verilən tələblər də təqdim
edilir. Belə ki, bu yazıları esse, ifadə və imla yazı növləri ilə həm birləşdirən,
həm də ayıran cəhətlər mövcuddur. Tədqiqat işində yazıların ortaq və fərqli cəhətlərinə
aydınlıq gətirilmişdir. Araşdırmanın yazılmasında təsviri, müşahidə və müqayisəli
metodlardan istifadə edilmişdir.
AÇAR SÖZLƏR
inşa yazıları, növ, bənzərlik, fərqlilik, xüsusiyyət