İbtidai siniflərdə dil qaydalarının öyrədilməsində yeni təlim texnologiyalarından istifadə
Fəridə SəfərəliyevaDOI: https://doi.org/10.48445/c9770-3103-8913-h
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 27 May 2025
XÜLASƏ
Dilçiliyin ən zəngin və nisbətən mürəkkəb bölməsi qrammatikadır. Məlumdur ki, qrammatika sözlərin dəyişməsi və
onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Dilçiliyin bu sahəsi bizə nitqimizi
düzgün qurmaq, fikrimizi səlis və aydın şəkildə ifadə edə bilmək, sözləri cümlələrdə
işlətmək, bir-biri ilə əlaqələndirmək və bu kimi qayda-qanunları öyrədir. Deməli,
bu gün ibtidai sinif müəllimi şagirdlərə dil qaydalarını səthi deyil, dərindən öyrətməli
və verilən biliyi möhkəmləndirmək üçün bir sıra metodlardan istifadə etməlidirlər.
Məqalənin praktik əhəmiyyəti dil qaydalarının öyrədilməsi zamanı fəal təlimdə problemli vəziyyətin yaradılması, eyni zamanda tənqidi
təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərinin inkişaf etdirilməsi
yollarını təhlilə cəlb etməkdir. Müasir dərs
prosesində müəllim uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki
müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi
yer verməlidir. Belə dərslər şagirdlərdə müəyyən bacarıq və vərdişlər
formalaşdırır. Məqalənin elmi yeniliyi müasir Azərbaycan ədəbi dil
normalarının (fonetik, orfoqrafik, orfoepik, leksik, semantik, qrammatik,
üslubi) ibtidai siniflərdə praktik
yolla mənimsənilməsinin şagirdlərin kamil nitqə yiyələnməsini təmin
etməsidir.
AÇAR SÖZLƏR
dil qaydaları, ibtidai sinif, fəal-interaktiv təlim