I sinif şagirdlərinə sadə qrammatik anlayışların çalışmalar vasitəsilə mənimsədilməsi yolları
Mahirə AbdullayevaDOI: doi.org/10.48445/e2054-4655-8879-u
ORCID ID: https://orcid.org/0000-0001-8217-0078
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Məqalədə şagirdlərə I sinfin “Azərbaycan dili” dərsliyində çalışmalar vasitəsilə sadə qrammatik anlayışların formalaşdırılması yolları göstərilir. Dərslikdə verilən çalışmalar 6-7 yaşlı şagirdlərin başa düşəcəyi formada tərtib olunmuşdur. Şəkillərlə verilən əksər çalışmalar uşaqlarda həm məntiqi təfəkkürün formalaşmasına, həm də oxuyub öyrəndiklərini praktik olaraq şüurlu şəkildə dərk etməyə xidmət edir. Çalışmalar verilmiş mətn və şeirlərdən götürülən nümunələr əsasında tərtib olunmuş və qrammatik biliklərdən praktik şəkildə şagirdlərin mənimsəməsi üçün istifadə edilmişdir. Dərslikdə cümlə qurmaq vərdişləri, nitq inkişafı, lüğət ehtiyatının zənginləşdirilməsi ilə yanaşı, söz yaradıcılığı, söz birləşməsi, eyniköklü sözlər, ad, hərəkət, əlamət, say bildirən sözlər, həmçinin məqsəd və intonasiyaya görə cümlə növlərinin şagirdlərə çalışmalar vasitəsilə sadə üsullarla aşılandığının da şahidi oluruq.
AÇAR SÖZLƏR
Azərbaycan dili, qrammatik anlayışlar, çalışmalar sistemi, qanunlar, cümlə, praktik tapşırıqlar