TƏRƏFDAŞLAR


Məqalələr

Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsində vətən həsrətinin təcəssümü

Aynur Bədəlova
DOI: https://doi.org/10.48445/v9810-4195-8094-g
ORCID ID: https://orcid.org/0009-0002-9288-6218
Tarix: 22 Sentyabr 2025

XÜLASƏ

Mahirə Nağı qızı Hüseynova çağdaş Azərbaycan ədəbiyyatının görkəmli ziyalısı, filoloq alim, təcrübəli pedaqoq və istedadlı şairdir. Onun əsərləri dərin məna, obrazlı dil və poetik zənginliyi ilə seçilir. Alim dilçilik sahəsində çoxsaylı tədqiqatlar aparmış və müasir Azərbaycan dilinin inkişafı ilə bağlı mühüm elmi araşdırmalar təqdim etmişdir. Bununla yanaşı, Mahirə Nağıqızı bədii yaradıcılığı ilə milli-mənəvi dəyərlərin yaşadılmasına, vətənpərvərlik ruhunun aşılanmasına və ədəbi-estetik düşüncənin formalaşmasına mühüm töhfələr bəxş etməkdədir. Məqalədə M. Nağıqızının “Mənim çəkmələrim” adlı hekayəsinin mövzusu, xarakterlərin daxili dünyası və vətən həsrəti motivləri araşdırılmışdır. Hekayənin ideyası vətənə bağlılıq, yurd həsrətinin yaratdığı kədər və itkilər, həmçinin bu həsrətin insan ruhundakı dərin təsirləri ilə səsləşir. Müəllif hekayədə baş qəhrəmanın dili ilə xalqımızın keçmişini, yaşadığı ağrı-acıları və tarix boyunca ermənilərin xalqımızın başına gətirdiyi müsibətləri açıq şəkildə təqdim edir. Mahirə Nağıqızı bu əsəri ilə keçmişi unutmamağa, milli yaddaşı qorumağa və gənc nəsli vətənə sevgi ilə tərbiyə etməyə çağırır.

AÇAR SÖZLƏR

şair, vətən, tarix, həqiqət, həsrət


Məqaləni yüklə

İNDEKSLƏMƏ