Patrik Züskind: “Parfümer” və Jan-Batist Qrenuy
Sevinc QəmbərovaDOI: https://doi.org/10.48445/n6168-2457-9243-d
ORCID ID: https://orcid.org/0000-0002-2673-5051
Tarix: 22 Sentyabr 2025
XÜLASƏ
Müasir alman ədəbiyyatının tanınmış nümayəndəsi Patrik Züskindin “Parfümer” romanı dünya miqyasında ən çox oxunan və bir çox dillərə tərcümə edilən orijinal əsərlərdən biridir. Roman postmodernizm ədəbi cərəyanının məhsulu kimi qiymətləndirilir. Məqalədə romanın müəllifi haqqında, romanda baş verən hadisələr və baş qəhrəman Jan-Batist Qrenuy barədə məlumat verilmişdir. Tədqiqat zamanı təsviri, müşahidə və müqayisə metodlarına müraciət olunmuşdur. Belə ki, romanda baş verən hadisələr təsvir edilmiş, digər əsərlər və qəhrəmanlarla müqayisələr aparılmış, əlaqədar mövzu ilə bağlı aparılan müşahidələr, ümumiləşdirmələr, təzadlar təqdim edilmişdir. Məqalədə Patrik Züskindin həyatında baş verən hadisələrin onun əsərlərinə təsiri araşdırılmış, postmodernizm cərəyanını izah edən fikirlərə yer verilmişdir. Yeri gəldikcə əsərin süjet xətti və qəhrəmanı Azərbaycan və dünya ədəbiyyatındakı digər əsərlərlə müqayisə olunmuşdur. Qeyri-sağlam təxəyyüldən doğan ideya uğrunda insanları qətlə yetirən Qrenuy və Raskolnikov obrazları (Fyodor Dostoyevski) bir-birinə bənzədilmiş, üfunətli məkanda tükürpədici doğuş zamanı anasının qətlinə səbəb olan insan cildli əcaib bir varlığın gəlişindən verilən xəbər Mirzə Cəlilin Xudayar bəy obrazını (“Eşşəyin itməkliyi”) təsvir edərkən verdiyi ismarışlar müqayisə olunmuşdur.
AÇAR SÖZLƏR
Patrik Züskind, roman, Qrenuy, ətir, postmodernism










































