“Dastani-Əhməd Hərami” poeması yeni təhlil müstəvisində
Günel Hümmətova (Pəniyeva)DOI: https://doi.org/10.48445/y2001-6247-3350-s
ORCID ID: https://orcid.org/0000-0002-8916-3484
Tarix: 22 Sentyabr 2025
XÜLASƏ
Məqalə giriş, tədqiqat metodu, qarşıya qoyulan məqsədlər, tədqiqatdan əldə edilən nəticələr, müzakirə, yekun nəticə və ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsində məqalənin mövzusu – orta dövr Azərbaycan ədəbiyyatında şifahi xalq ədəbiyyatının və multikultural dəyərlərin izləri haqqında qısa məlumat verilmişdir. Müzakirə hissəsində isə ilk anadilli ədəbiyyatımızın nümunəsi olan “Dastani-Əhməd Hərami” poeması təhlil obyekti kimi təqdim olunmuşdur. Müzakirə zamanı müqayisəli tarixi metoddan istifadə edilərək multikultural dəyərlər araşdırılmışdır. Poemanın əsas qəhrəmanlarının təhlili və əsərdən gətirilən nümunələr əsasında milli-mənəvi dəyərlər tədqiq edilərək təhlil obyektinə çevrilmişdir. Nəticələr bölməsində müzakirə olunan problemlərdən əldə edilən nəticələr təqdim edilmişdir. Ümumiyyətlə, məqalədə əsərə müasir ədəbiyyatşünaslığın irəli sürdüyü yeni problem istiqamətləri çərçivəsində, multikultural dəyərlər baxımından yanaşılaraq müqayisəli təhlil aparılmışdır.
AÇAR SÖZLƏR
poema, multikultural dəyərlər, tolerantlıq, təhlil, milli mentalitet










































