Bədii yaradıcılıqda sələf-xələf əlaqələri
Ulduz QəhrəmanovaDOI: https://doi.org/10.48445/e1736-0100-3660-t
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 22 Sentyabr 2025
XÜLASƏ
Məlum olduğu kimi, ədəbiyyatda hər bir gənc sənətkar yaradıcılıq yoluna qədəm qoyarkən, ilk növbədə, özündən əvvəlki sələflərin bədii irsindən bəhrələnir. Çünki bu təməl olmadan yeni yaradıcılıq sahəsində uğur qazanmaq çətinləşir. Azərbaycan ədəbiyyatı tarixində də sələf-xələf əlaqələri daim mövcud olmuşdur: Xaqani, Nizami, Füzuli, Vaqif kimi klassik sənətkarların yaratdığı ədəbi ənənələr sonrakı dövrlərdə formalaşan gənc nəslin yaradıcılığında mühüm rol oynamışdır. Bu yaradıcılıq ənənələri çərçivəsində xələflər yetişən gənc nəslin nümayəndələri, sələflər isə klassik söz ustadlarıdır. Yaradıcılıq yolunda novatorluq yaratmaq məqsədilə xələflər ustadlarının yaradıcılıq prinsiplərindən bəhrələnərək orijinal yaradıcılıq cığırı açdılar. Bu yolda uğur qazananlar olduğu kimi, kölgədə qalanlar da olur. Uğur qazanan xələflər, adətən, ənənədən bəhrələnib özünə yeni çığır açmağı bacaranlar, kölgədə qalanlar isə nəzirəçilik, təqlidçilik dairəsindən çıxa bilməyənlərdir. Sələf-xələf əlaqələri çoxəsrlik folklor və klassik ədəbiyyat ənənələrinin üzərində inkişaf etmişdir ki, bu da ənənəyə gedən yolun təməlini təşkil etmişdir. Ədəbi təcrübələr göstərir ki, bütün dövrlərin böyük sənətkarları özlərindən əvvəlki söz ustadlarının əsərlərindən müəyyən dərəcədə bəhrələnmiş, lakin onları təkrarlamamış, sələflərinin toxunduğu mövzuları yeni sənət prizmasından işıqlandırmağa çalışmışlar. Bununla da ədəbi ənənələri yaradıcı şəkildə davam etdirmişlər.
AÇAR SÖZLƏR sələf-xələf əlaqələri, ənənə, novatorluq, bədii ədəbiyyat










































