İbtidai sinif şagirdlərinin yazılarındakı səhvlərin islahı rabitəli nitqin inkişafı üzrə işin əsası kimi
Maya QasımovaDOI: https://doi.org/10.48445/z5094-4023-4467-p
ORCID ID: https://orcid.org/0000-0001-9116-4331
Tarix: 22 Sentyabr 2025
XÜLASƏ
Şagirdlərdə oxuduğunu, eşitdiyini və gördüyünü ədəbi dil normalarına uyğun şifahi və yazılı şəkildə ifadə etmək bacarığını formalaşdırmaq dil təlimi qarşısında duran əsas vəzifələrdən biridir. Müasir dövrdə təhsilin məzmunu məktəblilərin şifahi və yazılı rabitəli nitqinin inkişafı probleminə diqqətin artması ilə xarakterizə olunur. Hazırda məktəblilərin kommunikativ tərbi-yəsinə xüsusi əhəmiyyət verilir. Bu, təsadüfi deyil, çünki şagirdlərin nitq inkişafında əldə etdikləri nailiyyətlər digər fənlərin mənimsənilməsinin effektivliyini müəyyənləşdirir, onların ictimai həyatda fəal iştirakına şərait yaradır, zəruri nitq bacarıqları ilə təmin edir, nitq mədəniyyətinə yiyələnmələrinə imkan yaradır. Lakin bu gün bir sıra məktəblərin ibtidai siniflərinin Azərbaycan dili dərslərində apardığımız müşahidələr və sinif müəllimlərilə söhbətlər onu deməyə əsas verir ki, şagirdlərin rabitəli nitq bacarıqlarının formalaşdırılmasına yetərincə diqqət ayrılmır. Şagird-lərin fikirlərinin ifadəsindəki dolaşıqlıq, qeyri-dolğunluq, qeyri-dəqiqlik və bəsitlik müəllim tərəfindən qeydə alınmır və bu problemlə bağlı hər hansı bir işin aparılması planlaşdırılmır. Məqalədə ibtidai sinif şagirdlərinin inşa yazılarında tez-tez rast gəlinən səhvlər müəyyənləşdirilir, inşa yazılarına hazırlıq məqsədilə işin təşkili zərurəti vurğulanır və bu istiqamətdə görüləcək işlər işıqlandırılır.
AÇAR SÖZLƏR
rabitəli nitq, ibtidai məktəb, inşa yazıya hazırlıq, səhvlər üzərində işin təşkili










































