TƏRƏFDAŞLAR


Məqalələr

Aşıq poeziyasının dialoq mədəniyyəti

Fəxriyyə Cəfərova
DOI: https://doi.org/10.48445/l8066-1000-3728-q
ORCID ID: https://orcid.org/0000-0001-2345-6789
Tarix: 22 Sentyabr 2025

XÜLASƏ

Aşıq poeziyası Azərbaycan ədəbiyyatının ən qədim janrlarından biridir. Onun dil xüsusiyyətləri estetik dəyərini və xalq ruhunu əks etdirən ən vacib elementlərdəndir. Bu xüsusiyyətlər içərisində dialoq mədəniyyəti özünəxas mövqeyə malikdir. Aşıq poeziyasının dili dialoqun çoxsaylı məna qatlarını, mədəni, fəlsəfi və tarixi xüsusiyyətlərini üzə çıxarmaqda mühüm bir qaynaqdır. Bu baxımdan, aşıq poeziyasının dilində dialoq mədəniyyətinin öyrənilməsi əsas məqsəd kimi önə çıxır. Araşdırma zamanı belə bir nəticə əldə edilmişdir ki, poeziyada dil sadəcə mənanı çatdırmaq yolu deyil, həm də oxucunu söhbətə cəlb edən bir vasitədir. Poetik dilin estetik keyfiyyətləri dialoq potensialını gücləndirir. Aşıq poeziyasından alınan nümunələr təsdiq edir ki, poetik dildə dialoq mədəniyyəti dəyişdirici qüvvə səviyyəsində qarşılıqlı əlaqə üçün imkan yaradan bir vasitədir. Bir sözlə, aşıq şeirlərində insanın həyat təcrübələrinin təsvir və tərənnümündə dialoqların xüsusi rolu vardır. Dialoqlar aşıqların bir-biri ilə və dinləyicilərlə yaxınlığını göstərir. Aşıq poeziyasının dil xüsusiyyətlərindən biri olan dialoq Azərbaycan nitq mədəniyyətini əks etdirmək baxımından əhəmiyyətlidir. Məqalədə aşıq poeziyasından alınmış nümunələr əsasında dialoq mədəniyyəti geniş şəkildə şərh edilmişdir. Məqalə folklor araşdırmaları üçün qiymətli bir baza rolunu oynaya bilər.

AÇAR SÖZLƏR

aşıq poeziyası, dialoq mədəniyyəti, poetik dil, bədii üslub, şifahi ədəbiyyat


Məqaləni yüklə

İNDEKSLƏMƏ