TƏRƏFDAŞLAR


Məqalələr

Şagirdlərin lüğət ehtiyatının artırılmasında oxu materiallarından istifadə

Fəridə Səfərəliyeva
DOI: https://doi.org/10.48445/m8005-9986-0280-r
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 22 Sentyabr 2025

XÜLASƏ

Nitq vərdişlərinə yiyələnmək üçün zəruri lüğət ehtiyatına malik olmaq ilkin və əsas şərtdir. Bu sahədəki işlər – dil ehtiyatının zənginləşdirilməsi, danışarkən ədəbi tələffüz qaydalarının gözlənilməsi, düzgün cümlə qurma bacarıqları və rabitəli nitqin inkişafı hər bir dərs prosesində özünü büruzə verir. Sinfin ümumi səviyyəsinin yüksəldilməsi məktəblilərin digər fənlərin məzmununu dərindən mənimsəməsini təmin edir, onların təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərini formalaşdırır. Nitq vərdişlərinə yiyələnməyin əsas şərtlərindən biri lüğət ehtiyatının zənginliyidir. Müəllim şagirdlərin söz ehtiyatını genişləndirmək məqsədilə onları dilimizin lüğət zənginliyi haqqında məlumatlandırmalıdır. Bəllidir ki, oxu əsas tədris fənnidir. Onun vasitəsilə şagirdlərdə vətənpərvərlik hissləri tərbiyə olunur, müsbət əxlaqi keyfiyyətlər aşılanır. Sözsüz ki, oxunun əsasını bədii əsərlər təşkil edir. Bədii əsərlər məzmunla formanın vəhdəti əsasında yaranır. Bədii obrazların və əsərlərin dərindən qavranılması üçün onların ideya məzmunu ilə yanaşı, bədii forması da anlaşılmalıdır. Bəzi ibtidai sinif müəllimləri tədris prosesində lüğət üzrə işi yalnız oxu dərslərində həyata keçirirlər. Bəzən müəllim lüğət üzrə işin aparılmasını düzgün planlaşdıra bilmir, nəticədə, siniflər arasında əlaqə unudulur.

AÇAR SÖZLƏR

ədəbi tələffüz, lüğət ehtiyatı, ibtidai sinif


Məqaləni yüklə

İNDEKSLƏMƏ