TƏRƏFDAŞLAR


Məqalələr

İmadəddin Nəsiminin poetik dilində mürəkkəb cümlənin struktur modelləri

Rəhilə Hümmətova
DOI: https://doi.org/10.48445/o1853-9284-5384-y
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 22 Sentyabr 2025

XÜLASƏ

Azərbaycan dili zəngin sintaktik quruluşa malikdir. Bu quruluşa daxil olan vahidlərdən ən başlıcası cümlədir. Cümlə hər bir dilin daxili qanun-qaydaları əsasında qrammatik cəhətdən formalaşan nitq vahididir. Bu dil vahidi struktur-semantik tipləri və quruluşu ilə zəngindir. Yazılı və şifahi nitq mədəniyyətinin tərkib hissələri içərisində mürəkkəb cümlənin xüsusi yeri vardır. “Dildə mürəkkəb cümlənin struktur modelləri onun inkişaf səviyyəsini göstərən ən mühüm amillərdəndir”. Azərbaycan ədəbi dilinin, eləcə də türk dillərinin sintaktik quruluşunun inkişaf dövrlərinin tədqiqi zamanı alınan nəticələr tabeli mürəkkəb cümlənin qədim tarixə malik olduğu fikrini söyləməyə əsas verir. İstər “Kitabi-Dədə Qorqud”, istər klassik poeziya, istərsə də folklor ədəbiyyatında üstün mövqedə olan tabeli mürəkkəb cümlələr müasir dilimizdəki tabeli mürəkkəb cümlələrdən demək olar ki, fərqlənmir. Araşdırmaya cəlb etdiyimiz XIV əsrin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin dilində üstün mövqedə işlənmiş tabeli mürəkkəb cümlələrin müxtəlif quruluş növləri, budaq cümlənin tipləri bu fikri təsdiq edir. Nəsimi poeziyası ümumən XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf tarixini öyrənmək baxımından ən etibarlı mənbələrdəndir. Şairin poetik dili budaq cümlələrlə, onun müxtəlif növləri və quruluş tipləri ilə, budaq cümlələri (asılı) baş cümlələrə bağlayan vasitələrlə zəngindir. Onun poeziyasında intensiv formada işlənən budaq cümlələrini linqvistik araşdırmaya cəlb etməklə orta əsrlərdə dilimizin sintaktik quruluşunun mənzərəsi barədə aydın təsəvvür yarada bilərik.


AÇAR SÖZLƏR

tabeli mürəkkəb cümlə, bağlayıcı vasitələr, mürəkkəb cümlənin struktur modeli, sintaktik quruluş


Məqaləni yüklə

İNDEKSLƏMƏ