TƏRƏFDAŞLAR


Məqalələr

Ədəbiyyatımızda Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bədii təqdimi

Minaxanım Nuriyeva Təkləli
DOI: doi.org/10.48445/t5336-8368-8811-c
ORCID ID: https://orcid.org/0000-0002-4985-8134
Tarix: 25 Yanvar 2024


XÜLASƏ 

Azərbaycanda dövlət müstəqilliyinin qazanılması ilə keçmişə yeni meyarlarla yanaşmağa başlanılmış, tarix elmində, o cümlədən söz sənətində obyektiv tarixi həqiqətləri əks etdirmək meyli güclənmişdir. Son on ildə tariximizin qadağan olunmuş səhifələrinin təkrar vərəqlənməsinə, habelə yanlış yazılan məqamların yenidən işlənməsinə böyük maraq duyulur. Ədəbiyyatımız Azərbaycanda bir əsr əvvəl baş verən mürəkkəb ictimai-siyasi prosesləri əks etdirən, dövrün bədii ifadəsi sayılan sanballı əsərlərlə zənginləşir. Məqalədə Bəxtiyar Vahabzadə, Çingiz Hüseynov, Qabil, Nəriman Həsənzadə, Hüseynbala Mirələmov, Yunus Oğuz yaradıcılığında milli mücadilə tariximizlə bağlı hadisələr və şəxsiyyətlər, həmçinin onların bədiiləşdirilməsi istiqamətində görülən işlərdən bəhs olunur. 


AÇAR SÖZLƏR 

Azərbaycan, dövlət  müstəqilliyi, ədəbiyyat, tarix 

Məqaləni yüklə

İNDEKSLƏMƏ