TƏRƏFDAŞLAR


Məqalələr

İbtidai siniflərdə feil – hərəkət bildirən sözlər kimi

Könül Məmmədova
DOI: https://doi.org/10.48445/z6923-5053-0404-t
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 22 Sentyabr 2025

XÜLASƏ

Məqalədə ibtidai siniflərdə feilin hərəkət bildirən sözlər kimi tədrisi araşdırılır. Əsas nitq hissələrinin müstəqil şəkildə formalaşmasının səbəbi onların hər birinin özünəməxsus xüsusiyyət və əlamətlərə malik olmasıdır. Məhz bu xüsusiyyət və əlamətlər vasitəsilə əsas nitq hissələri köməkçi nitq hissələrindən, həmçinin bir-birindən fərqlənirlər. Feil əsas nitq hissəsi kimi Azərbaycan dilində və nitqində mühüm rol oynayır. O, etimologiyası, səciyyəvi xüsusiyyətləri və zəngin qrammatik kateqoriyaları ilə morfologiyada xüsusi yer tutur. Feillər zamana, şəxsə və kəmiyyətə görə təsriflənən əsas nitq hissəsidir. Feilin zamana görə dəyişməsi onun fərqləndirici xüsusiyyətlərindən biri hesab olunur. Azərbaycan dilində feillər qrammatik kateqoriyalarının müxtəlifliyi və leksik tərkibinin zənginliyi baxımından digər nitq hissələri ilə müqayisədə daha böyük əhəmiyyətə malikdir. Dilimizin müxtəlif tarixi dövrlərdə müxtəlif təsirlərə məruz qalmasına baxmayaraq, lüğət tərkibimizdəki milli sözlər arasında feillər üstünlük təşkil edir. Feillər vasitəsilə Azərbaycan dilinin milli xüsusiyyətləri qorunub saxlanmışdır. Bu xüsusiyyəti klassik ədəbi dilimizdə də müşahidə etmək mümkündür. Xüsusilə sadə və sadələşmiş feillərdə bu cəhətlər daha qabarıq şəkildə özünü göstərir.


AÇAR SÖZLƏR

feil, əsas nitq hissəsi, dilin qrammatik quruluşu, morfologiya, müstəqil lüğəvi məna


Məqaləni yüklə

İNDEKSLƏMƏ