TƏRƏFDAŞLAR


Məqalələr

Müasir türk dillərində zərf

Elşad Abışov
DOI: https://doi.org/10.48445/k6345-8685-7795-w
ORCID ID: https://orcid.org/0000-0002-5048-1872
Tarix: 22 Sentyabr 2025

XÜLASƏ

Məqalədə Azərbaycan dili və bütövlükdə türk dillərinin qrammatik sistemində əsas nitq hissələrindən biri kimi sabitləşmiş zərf haqqında sistemli məlumat verilir. Tədqiqatdan məlum olur ki, zərf qrupu türkoloji dilçilikdə kifayət qədər araşdırma obyektinə çevrilsə də, başqa nitq hissələrinə mənsub leksik vahidlərdən obrazlı şəkildə desək, tam təmizlənməmişdir. Bunun başlıca səbəbi, ilk növbədə, zərfin sərhədlərinin müəyyənləşdirilməsi zamanı nitq hissələrinin təsnifində istifadə edilən prinsiplərin düzgün seçilməməsidir. Belə ki, digər əsas nitq hissələrinin bölgüsündə leksik-semantik və morfoloji prinsiplər əsas götürüldüyü halda, zərfin təsnifatında meyar olaraq köməkçi funksiya daşıyan sintaktik prinsipdən istifadə edilmişdir. Qeyri-adekvat yanaşma zərflə yanaşı, onun lüğəvi məna növlərinin də şərhində fikir müxtəlifliyinə səbəb olmuşdur. Nəticədə, bəzi tədqiqat əsərlərində zərfin beş, bəzilərində isə dörd məna növü qeyd edilir. Hətta türk dillərində zərfin məna növlərinin sayının bəzən yeddiyə çatdığı bildirilir. Araşdırma prosesində bu sahədə müşahidə olunan ziddiyyətlərin və fikir dolaşıqlığının aradan qaldırılmasına nail olmaq üçün türk dillərinin qrammatik quruluşunun təbiətinə uyğun olaraq zərfin təsnifatında digər əsas nitq hissələrində olduğu kimi, leksik-semantik və morfoloji prinsiplərin tətbiqinin zəruri olduğu diqqətə çatdırılır. Məqalədə həmçinin göstərilən prinsipin tətbiqi əsasında zərfin lüğəvi məna növlərinin məzmununa da aydınlıq gətirilir. Tədqiqat prosesində qeyd olunan faktlar əsasında zərf qrupuna daxil olan sözlər əvvəlki təsnifatlardan fərqli olaraq tərz, zaman, yer və dərəcə növləri üzrə qruplaşdırılır.


AÇAR SÖZLƏR

zaman, zərf, adverbiallaşma, substantivləşmə, atributivləşmə


Məqaləni yüklə

İNDEKSLƏMƏ