TƏRƏFDAŞLAR


Məqalələr

Dilin sadələşməsində poeziyanın rolu

Sədaqət Həsənova
DOI: https://doi.org/10.48445/o0871-5022-3493-a
ORCID ID: https://orcid.org/0009-0002-9996-6229
Tarix: 22 Sentyabr 2025

XÜLASƏ

Məqalədə dilin inkişafı və sadələşməsində poeziyanın rolundan bəhs olunur. Ünsiyyət vasitəsi olan dilin mədəniyyətin daşıyıcısı kimi zamanla dəyişərək təkmilləşməsi prosesindəki mərhələlərdən biri olaraq onun sadələşməsi məsələsi ön plana çıxarılır. Məqalədə dilin sadələşməsi anlaşmanın asanlaşması, sözlərin daha aydın və qısa şəkildə istifadə edilməsi baxımından poeziyanın qiymətli bir qaynaq olduğu əsaslandırılır. Poeziya ifadə qabiliyyətini və emosional təsiri artıran bir vasitə olmaqla yanaşı, dilin inkişaf və sadələşməsindəki əhəmiyyətini faktlara əsaslanan materiallarla təsdiq edir. Poeziyanın qısa, mənalı sözlərlə dərin fikir və hissləri çatdırması dilin sadələşməsinin təbii bir nəticəsi kimi dəyərləndirilir.


AÇAR SÖZLƏR

dil, söz, ifadə, poeziya, sadələşmə


Məqaləni yüklə

İNDEKSLƏMƏ