TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dilinin üslubi imkanlarının müxtəlifliyi

Aynur Bədəlova
DOI: https://doi.org/10.48445/d2108-0772-3666-z
ORCID ID: https://orcid.org/0009-0002-9288-6218
Tarix: 27 Noyabr 2025

XÜLASƏ 

Azərbaycan dilini zənginləşdirən, onun təkrarsız, rəvan və aydın ifadəsinə yol açan əsas vasitələr dilimizdə işlənən sinonimlər, antonimlər və omonimlərdir. Dilimizin zəngin leksik ehtiyatı hər bir ifadəni özünəməxsus məna çalarları ilə zənginləşdirərək fikirləri dəqiq, aydın və canlı ifadə etməyə imkan yaradır. Azərbaycan dilinin üslubi imkanlarının müxtəlifliyi onun zənginliyinin başlıca göstəricisidir. Məqalədə Azərbaycan dilinin üslubi imkanlarını formalaşdıran sinonimlər, antonimlər və omonimlərə dair elmi-nəzəri yanaşmalar, onların müxtəlif üslubi funksiyaları və xüsusiyyətləri, həmçinin bu sahədə aparılan elmi-tədqiqatlara əsaslanan yanaşmalar təhlil olunur. Azərbaycan dili qoruyub saxlamalı və gələcək nəsillərə ötürməli olduğumuz zəngin milli sərvətimizdir. 


AÇAR SÖZLƏR 

üslubi imkanlar, ifadə, dilin funksiyaları, söz ehtiyatı 

Məqaləni yüklə

İNDEKSLƏMƏ