Lüğət ehtiyatını zənginləşdirməyin texnologiyası haqqında
Nabat CəfərovaDOI: doi.org/10.48445/c2478-9541-9649-a
ORCID ID: https://orcid.org/0000-0003-0684-9374
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Azərbaycan dilinin tədrisi prosesində şagirdlərə çalışma və mətnlərdəki çətin sözləri seçmə vərdişini aşılamaq lazımdır. Bunun üçün xüsusi dərs saatı ayırmaq lazım gəlmir. Müəllim ilk dərs günündən etibarən bu işə müəyyən qədər yer verməlidir. O, Azərbaycan dili üzrə dil qaydaları və həmin qaydalara aid çalışmalar üzrə iş apararkən bunu unutmamalı, verilmiş mətnlərin oxunuşunda, yeni mövzu öyrədilərkən, digər fənlərin tədrisində inteqrativ olaraq ayrı-ayrı mövzular keçilərkən çətin sözlərin seçilməsinə və onların izahına xüsusi diqqət yetirməlidir. Şagirdlərdə sözə həssas münasibət məhz bu şəkildə yaradılmalıdır. Sözlər xarakteri, nitqdəki mövqeyi və şagirdə tanış olub-olmamasından asılı olaraq izah edilməlidir. Belə olduqda şagirdlər tanış olmadıqları sözləri leksik-semantik cəhətdən dərk edir, onları öz aktiv leksikonlarına daxil edir və müxtəlif nitq situasiyalarında onlardan istifadə etmək bacarıqlarına yiyələnmiş olurlar.
AÇAR SÖZLƏR
Azərbaycan dili, söz, leksika, lüğət ehtiyatı, tədris prosesi