Müstəqil Azərbaycanda dil situasiyası
Cahid KazımovDOI: https://doi.org/10.48445/r0023-8566-7085-f
ORCID ID: https://orcid.org/0009-0002-9317-0115
Tarix: 27 Noyabr 2025
XÜLASƏ
Məqalənin məqsədi
həm ölkə daxilində, həm də xaricdə Azərbaycan dilinin işləkliyinin səviyyəsini
müəyyənləşdirməkdir. Tədqiqat zamanı
təsviri və müqayisəli metodlardan istifadə olunmuşdur. Əldə edilən əsas elmi-nəzəri nəticələr dil situasiyasının müxtəlif
tipləri ilə bağlıdır. Məqalənin elmi
yeniliyi dil situasiyasının bütün parametrlərini əhatə etməsi ilə səciyyələnir.
Tədqiqatın başlıca nəticəsi
ondan ibarətdir ki, dil situasiyasına müasir yanaşma dil normalarının seçilməsi,
standartlaşdırılması və dilin modernləşdirilməsi ilə birbaşa əlaqəlidir. Məqalənin praktik əhəmiyyəti ali məktəblərdə
sosiologiya və sosiolinqvistika fənlərinin tədrisində öz əksini tapır.
AÇAR
SÖZLƏR
sosiologiya, sosiolinqvistika, müstəqil Azərbaycan, dil situasiyası,
dil siyasəti










































