Bədii əsərin oxusunda əmək və yaradıcılıq
Soltan HüseynoğluDOI: https://doi.org/10.48445/s2576-0249-8945-f
ORCID ID: https://orcid.org/0000-0003-4182-6653
Tarix: 27 Noyabr 2025
XÜLASƏ
Ədəbiyyat
təlimində bədii əsərlərin öyrədilməsi diqqət mərkəzində olur. Bu, təhsil
proqramının tələbi və fənnin mahiyyəti ilə bağlıdır. Bədii əsərin öyrənilməsində
oxunun təşkili isə ilk və əhəmiyyətli addımdır. Dərkedilmiş oxunun
reallaşdırılması bu prosesin səmərəliliyində başlıca şərtdir. Məqalədə bu
istiqamətdə aparılmış tədqiqatın nəticələrinin bir qismi əhatə edilmişdir. Onun
başlıca məqsədi oxucunun mütaliə
prosesində nümayiş etdirdiyi əmək və yaradıcılığın özünəməxsusluğunun müəyyən
edilməsidir. Bunun üçün aşağıdakı tədqiqat
metodlarından istifadə olunmuşdur: problemlə bağlı metodik, pedaqoji,
psixoloji, ədəbiyyatşünaslığa aid ədəbiyyatın öyrənilməsi, nəzəri cəhətdən təhlili
və ümumiləşdirilməsi; problemlə bağlı məktəb təcrübəsindəki vəziyyətin müşahidə
və sorğu yolu ilə öyrənilməsi və s. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, ciddi yaradıcılıq prosesinin
məhsulu olan bədii əsər oxucu əməyi və yaradıcılığı olmadan mükəmməl öyrənilə
bilməz. Tədqiqatın elmi yeniliyi
bundan ibarətdir ki, onda ilk dəfə olaraq bədii əsərin oxusunda mütaliəçinin
emosional-intellektual dərketmə fəaliyyətinin xüsusiyyətləri elmi-nəzəri
müstəvidə şərh edilmişdir. İşin praktik
əhəmiyyəti onunla izah olunur ki, işlənilmiş elmi-nəzəri əsaslar ədəbiyyat
təliminin səmərəli təşkilinə imkan yaradacaqdır.
AÇAR SÖZLƏR
bədii əsər, mənəvi tələbat, ilkin qavrama, interpretasiya, emosional-intellektual dərketmə










































