Ədəbiyyat dərslərində klassik əsərlərin təhlilinin sufizm və hürufizm ideyaları ilə əlaqələndirilməsinə dair
Bilal HəsənliDOI: https://doi.org/10.48445/z6396-2913-2024-n
ORCID ID: https://orcid.org/0000-0002-6964-0546
Tarix: 27 Noyabr 2025
XÜLASƏ
Tədqiqatlar göstərir ki, təlim prosesində sufizm və
hürufizm haqqında biliklərə yiyələnmədən, bu dini-fəlsəfi baxışlar sisteminin
mahiyyətini anlamadan məktəblilərin klassik ədəbiyyatımızın bir çox görkəmli
nümayəndələrinin bədii irsini dərindən mənimsəməsi mümkün deyildir. Yuxarı
siniflər üçün müasir ədəbiyyat dərslikləri və metodik vəsaitlərdə bu məsələlərin
yetərincə işıqlandırılmaması ciddi təlim problemi olaraq qalmaqdadır. Məktəb təcrübəsi
göstərir ki, bir sıra hallarda şagirdlər həmin təriqətlərin bir-birindən fərqini
müəyyənləşdirməkdə və nəticə etibarilə, öyrənilən əsərin ideya-məzmununu, bədii
sənətkarlıq xüsusiyyətlərini qavramaqda çətinlik çəkirlər. Ümumtəhsil məktəblərinin
X sinfində XIII–XVI əsrlər ədəbiyyatının tədrisi zamanı şagirdlərə sufizm və
hürufizm təriqətlərinin mahiyyətinin, fərqli cəhətlərinin, bədii söz sənəti ilə
əlaqəsinin aydınlaşdırılması zəruridir.
AÇAR
SÖZLƏR
sufizm, hürufizm, panteizm, ədəbiyyat, təriqət










































