“Sifət” bəhsinin tədrisi problemi
Nabat CəfərovaDOI: https://doi.org/10.48445/q3732-8113-0512-m
ORCID ID: https://orcid.org/0000-0003-0684-9374
Tarix: 27 Noyabr 2025
XÜLASƏ
Məqalədə
“Sifət” bəhsi üzrə biliklərin mənimsədilməsi, sifətin əsas nitq hissəsi kimi
tədrisi metodikası və onun nitq inkişafında, nitq mədəniyyətinin
formalaşdırılmasında mühüm rolundan bəhs edilmişdir. Eyni zamanda sifətin əsas
nitq hissəsi kimi üstün cəhətləri, leksik-qrammatik vasitələr və fəndaxili
əlaqələr kontekstində dilin lüğət tərkibinin sifətlər hesabına zənginləşməsi,
ifadəli oxu və cümlə qurmaq vərdişlərinin yaranmasındakı rolu araşdırılmışdır.
Sifətin tədrisi dildə və ya nitqdə sinonimik yanaşmaya bir qapı, bir üsul və ya
metodik vasitədir ki, bunu müəllimlər öz fəaliyyətlərində mütləq tətbiq
etməlidirlər. Bu zaman üç əsas tələbə diqqət yetirilməlidir: şagirdlər məsələyə
şüurlu yanaşmalı, sifətə dair qayda və təriflərin məzmununu düzgün dərk etməli,
mənimsənilən bilikləri möhkəm yadda saxlamalı və öyrəndiklərini şifahi və
yazılı nitqlərində tətbiq etməyi bacarmalıdırlar. Sifətin tədrisi problemi
dedikdə, tərif və qaydaların mexaniki şəkildə əzbərlədilməsi qəbuledilməz hesab
olunmalıdır. Buna görə də Azərbaycan dili təlimində sifətin tədrisinə
şagirdlərin nitq inkişafını, nitq mədəniyyətini formalaşdıran bir vasitə kimi
yanaşılmalı və bu məsələyə ibtidai siniflərdən etibarən ciddi şəkildə diqqət
yetirilməlidir.
AÇAR
SÖZLƏR
sifət,
tədris, problem, nitq mədəniyyəti










































