TƏRƏFDAŞLAR


Məqalələr

Abdulla Şaiqin yaradıcılığında Azərbaycan ədəbiyyatının öyrədilməsi məsələləri

Nazilə Abdullazadə
DOI: doi.org/10.48445/h1297-1114-9186-x
ORCID ID: https://orcid.org/0000-0002-1829-7178
Tarix: 25 Yanvar 2024

XÜLASƏ 

Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixində özünəməxsus səhifə açan sənətkarlardan biri də müəllim, dərslik müəllifi, şair, yazıçı Abdulla Şaiq olmuşdur. Onun zəngin bədii irsi istər böyüklər, istərsə də kiçiklər tərəfindən sevilərək oxunur. XX əsrin sonlarından etibarən bədii nümunələr yaradan yazıçı mürəkkəb bir zamanda yaşadığından o dövrün sosial ziddiyyətləri, marksist-leninçi məfkurə, sosializm ideologiyası əsərlərində öz bədii təsvirini tapmışdır. O, bir müəllim kimi yetişməkdə olan nəslin elmə yiyələnməsinin əhəmiyyətini anlayır, məktəbi, maarifi, xüsusilə dil və ədəbiyyatı öyrənməyi zəruri hesab edirdi. Məktəblərin dərsliyə olan ehtiyacını və Azərbaycan ədəbiyyatının tədrisində boşluqları bir müəllim kimi hamıdan yaxşı bilən yazıçı, 1928-ci ildə nəşr olunan “Ədəbiyyatdan iş kitabı” dərsliyinin böyük bir hissəsini yazır. Dərsliyə daxil edilən materiallar onun pedaqoji fəaliyyəti, metodik hazırlığı və dünyagörüşünün bariz nümunəsi olaraq öz təsdiqini tapır.  


AÇAR SÖZLƏR 

ədəbiyyat, tədris, dərslik, sənətkar və həyat məsələləri 

Məqaləni yüklə

İNDEKSLƏMƏ