TƏRƏFDAŞLAR


Məqalələr

Cümlə konstruksiyalarının mətnlərdə tədrisinin proqram və elmi-metodik ədəbiyyatda qoyuluşu məsələsi

Sənan Fərmanlı
DOI: https://doi.org/10.48445/q7293-8047-4094-v
ORCID ID: https://orcid.org/0009-0006-0287-060X
Tarix: 13 Aprel 2026

XÜLASƏ

Sadə və mürəkkəb cümlələr sintaksisin ən mühüm vahidləridir. Ümumiyyətlə, dil sistemli bir quruluşa malik olub fonem, morfem, söz birləşməsi, cümlə və mətn kimi vahidlərdən təşkil olunur. Bu sistemdə kommunikativ funksiyadan kənarda qalan kateqoriya, yəni ünsiyyətdən ayrı bir anlayış mövcud deyil. Dil vahidləri arasında aparıcı mövqeyə malik olan söz birləşməsi və cümlə sintaksisin əsas obyektini təşkil edir. Sintaksisin ikinci əsas predmeti olan cümlə isə mətn istisna olmaqla, dilin ən mənalı və dolğun vahididir. Cümlənin öyrədilməsi dil tədrisinin ən mühüm istiqamətlərindən biri hesab olunur. Məlumdur ki, orta məktəb dərsliklərində bütün tədris prosesi əsasən mətn üzərində qurulur. Bu baxımdan, cümlə haqqında biliklərin öyrədilməsi bir tərəfdən şagirdlərin sintaktik mövzuları daha dərindən mənimsəməsinə, digər tərəfdən isə onların ardıcıl və məntiqi nitq vərdişlərinin formalaşmasına mühüm təsir göstərir. Sadə və mürəkkəb cümlələrin struktur-semantik xüsusiyyətlərinin mətn vasitəsilə öyrədilməsi isə bu məsələnin kurikulumda və elmi-metodiki ədəbiyyatda sistemli şəkildə tədqiqini və nəzəri əsaslandırılmasını zəruri edir.

 

 

AÇAR SÖZLƏR

sistemli quruluş, elmi-metodik ədəbiyyat, cümlə quruculuğu, linqvistik vahid, kommunikativ funksiya


Məqaləni yüklə

İNDEKSLƏMƏ