TƏRƏFDAŞLAR


Məqalələr

Şərq və Qərb diskursları kontekstində milli kimlik və şərqli yazarın mövqeyi

Aygün Hüseynova
DOI: https://doi.org/10.48445/z8862-9654-0347-d
ORCID ID: https://orcid.org/0000-0003-0947-3800
Tarix: 13 Aprel 2026

XÜLASƏ

Məqalədə Şərq və Qərb anlayışları yalnız coğrafi baxımdan deyil, eyni zamanda mədəni, ideoloji və dünyagörüşü fərqlilikləri kontekstində təhlil olunur. Şərq-Qərb ayrımı sadə bir xəritə bölgüsündən daha çox tarixi proseslərdə formalaşmış, güc münasibətləri və hegemonik diskurslar əsasında qurulmuş simvolik paradiqmadır. Bu ayrımda “istismar edən” və “istismar edilən” münasibəti əsas suallardan biri kimi çıxış edir. Məqalə Edvard Səidin “Orientalizm” əsərinə istinadən Şərqin Qərb tərəfindən təsəvvürü, şərqli subyektin obyektləşdirildiyi, digərləşdirildiyi və kimliksizləşdirildiyi məsələləri araşdırılır. Məqalədə həmçinin milli kimlik və cəmiyyət anlayışları bu paradiqmalar fonunda təhlil edilir. Bir fərdin Qərbdə doğulması onu qərbli, Şərqdə doğulması isə şərqli edirmi? Kimlik coğrafi mənsubiyyətdən daha çox mədəni və psixoloji aidiyyətləmi formalaşır? Şərqli biri Qərbdə yaşadığı zaman nə dərəcədə şərqli qala bilər və yaxud bu fərq zamanla yox olurmu? Bu suallar Çin əsilli yazar Cunq Çanqın “Vəhşi ququşları” (Wild Swans) romanı əsasında ədəbi prizmadan cavablandırılır. Əsər bir qadının baxış bucağından tarixi və siyasi hadisələrin təqdim edilməsi, eyni zamanda şərqli bir yazarın öz toplumuna məsafədən baxışı baxımından orientalizm müstəvisində maraqlı nümunə kimi dəyərləndirilir. Yaradıcılığında qadın, mədəni keçidlər, siyasi təzyiqlər və fərdi azadlıq kimi mövzular vasitəsilə həm Şərq, həm də Qərb identikləri problematizə olunur. Məqalədə aparılan təhlillər vasitəsilə Şərq-Qərb ayrımının mahiyyəti, kimliklərin sabit və ya dinamik təbiəti, həmçinin mədəni və gender baxış bucaqlarının fərqliliyi araşdırılır. Məqsəd bu paradiqmaların tənqidi ilə yanaşı, onları yenidən düşünmək, kimlik, mədəniyyət və “mərkəz-kənar” münasibətlərini çoxsəslilik müstəvisində anlamağa çalışmaqdır.

 

 

AÇAR SÖZLƏR

Şərq-Qərb, orientalizm, xalq, milli kimlik



Məqaləni yüklə

İNDEKSLƏMƏ