TƏRƏFDAŞLAR


Məqalələr

Elçin Hüseynbəylinin hekayələrində yurd həsrəti və məcburi köç taleyi

Günay Yediyarlı
DOI: https://doi.org/10.48445/f2426-5396-4285-x
ORCID ID: https://orcid.org/0009-0007-9084-415X
Tarix: 13 Aprel 2026

XÜLASƏ

Məqalədə çağdaş Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biri olan Elçin Hüseynbəylinin yaradıcılığında yurd həsrəti və qaçqınlıq taleyi bədii-tədqiqat müstəvisində təhlil olunur. Müəllifin “Gözünə gün düşür”, “Küləkli çöl”, “Kəndə gün çıxanda qayıdacağıq” kimi hekayələri əsasında qaçqınlıq probleminin ədəbi təcəssümü araşdırılır; işğal və məcburi köç səbəbilə yaranan vətən nisgili, kimlik boşluğu və yurd itkisi ilə bağlı mənəvi iztirablar ön plana çəkilir. Məqalədə həmçinin Elçin Hüseynbəyli yaradıcılığında bədii üslub xüsusiyyətləri, onun yazıçı mövqeyində milli-mənəvi dəyərlərə bağlılıq, bəşəri ideallara sədaqət və vətən sevgisi kimi amillər diqqət mərkəzinə gətirilir, qaçqın obrazlarının daxili aləmi, yaddaş və gerçəklik arasında baş verən toqquşmalar, torpaq itkisi ilə paralel gedən mənəvi deqradasiya və nostalji motivlər təhlil edilir. Müəllifin hekayələrdə məcburi köç və yurd həsrəti mövzusuna realist və humanist yanaşması, həmçinin müasir ədəbiyyatda bu mövzunun daşıyıcısı kimi rolu elmi əsaslar və sitatlar əsasında araşdırılır.

 

 

AÇAR SÖZLƏR

qaçqınlıq, yurd həsrəti, vətən sevgisi, müasir Azərbaycan hekayəsi

 

 

Məqaləni yüklə

İNDEKSLƏMƏ