TƏRƏFDAŞLAR


Məqalələr

Seyfəddin Dağlının satirik hekayələri

Arzu Baxışlı
DOI: https://doi.org/10.48445/a4600-7331-9531-c
ORCID ID: https://orcid.org/0009-0005-5656-6796
Tarix: 13 Aprel 2026

XÜLASƏ

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Seyfəddin Dağlının yaradıcılığı çoxşaxəli və zəngindir. Onun ədəbi fəaliyyəti Azərbaycan ədəbiyyatının inkişafına və zənginləşməsinə mühüm töhfələr vermişdir. Məqalədə çoxsaylı felyeton, hekayə, novella, miniatür, ballada, komediya və roman müəllifi olan Seyfəddin Dağlının satirik hekayə ustası kimi fəaliyyəti işıqlandırılır. İti qələmi ilə seçilən bu satirik yazıçı Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Onun tənqid və satirasının hədəfi müasir cəmiyyətin sosial-mənəvi çatışmazlıqları olmuşdur. Dərin müşahidə qabiliyyətinə malik olan yazıçı satirik hekayələrində aydın və sadə dil vasitəsilə mənfi tipləri gülüş obyektinə çevirərək onları islah etməyə çalışmışdır.

 

AÇAR SÖZLƏR

satira, hekayə, tənqid, hədəf, cəmiyyət


Məqaləni yüklə

İNDEKSLƏMƏ