TƏRƏFDAŞLAR


Məqalələr

Əsas nitq hissələrinin tədrisində interaktiv təlim metodlarının tətbiqi

Svetlana Balakişiyeva
DOI: https://doi.org/10.48445/b9216-9017-1068-l
ORCID ID: https://orcid.org/0000-0003-4886-8856
Tarix: 13 Aprel 2026

XÜLASƏ

Ümumtəhsil məktəblərinin yuxarı siniflərində tədris edilən Azərbaycan dili fənni digər fənlərlə müqayisədə xüsusi əhəmiyyətə malikdir. Ana dilini yetərincə bilməyən şagird digər fənləri də mükəmməl səviyyədə mənimsəyə bilməz. Azərbaycan dili fənn proqramında əsas nitq hissələrinin tədrisinə xüsusi diqqət yetirilir. Belə ki, morfologiya bölməsinə daxil olan və dilin əsas dayaqlarını təşkil edən əsas nitq hissələrinin fəal-interaktiv metodlarla təşkili müasir dərslərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Tədqiqat işinin məqsədi orta məktəb Azərbaycan dili fənn proqramında əsas nitq hissələrinə dair mübahisəli və mühüm morfoloji anlayışların müasir təlim üsulları vasitəsilə effektiv tədrisini araşdırmaq, mövcud elmi və metodik mənbələri təhlil etmək, həmçinin bu mövzuların kurikulum əsaslı müasir və ənənəvi dərs modelləri arasındakı fərqli cəhətlərini müqayisə edərək əsaslandırılmış nəticələr əldə etməkdir.

 

 

 

AÇAR SÖZLƏR

interaktiv metod, əsas nitq hissələri, tədris, debat, 5E modeli

 


Məqaləni yüklə

İNDEKSLƏMƏ