Mir Cəlalın publisistikasının başlıca mövzuları
Şakir CəfərovDOI: https://doi.org/10.48445/f5929-4198-1133-q
ORCID ID: https://orcid.org/0009-0003-2454-9794
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Əvvəlcə şeir, daha sonralar isə oçerk və hekayələri
ilə tanınan Mir Cəlal çox keçmədən istedadlı və orijinal yaradıcılıq üslubuna
malik yazıçı kimi şöhrət qazanmışdır. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman
Rüstəm, Mehdi Hüseyn kimi tanınmış söz ustadları ilə eyni dövrdə yaşayan ədib
yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirmişdir.
XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri Mir Cəlalın adı ilə
bağlıdır desək, yanılmarıq. O, yaradıcılıq fəaliyyəti dövründə görkəmli nasir
kimi Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutmuşdur. “Bir gəncin
manifesti” əsəri ilə belə Mir Cəlal klassik sənətkarlar sırasında öz mövqeyini
qoruyub saxlamışdır. Onun yaradıcılıq dünyası ilə tanış olarkən bu qənaətə gəlmək
olur ki, yazıçını həyati, milli folklor, xalq təfəkkürü, milli-mənəvi dəyərlərin
klassik ənənələrə uyğun inkişafı və bu istiqamətdə yaranan problemlər
düşündürmüşdür. Necə ki Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və
yumorun gücü duyulursa, Mir Cəlalın hekayələrini oxuyanda da oxucu eyni hissləri
yaşayır. Hekayələri ilə yanaşı, romanları da yazıçının yaradıcılığında mühüm
yer tutur. Onun ilk irihəcmli əsəri olan “Dirilən
adam” romanı 1935-ci ildə ayrıca kitab şəklində nəşr edilmişdir. Vaxtilə
akademik Məmməd Arif ədib haqqında belə yazmışdır: “Mir Cəlal “Dirilən adam”la
diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.
AÇAR
SÖZLƏR
yaradıcılıq üslubu, görkəmli nasir, nəsr dili,
realist yazıçı










































