TƏRƏFDAŞLAR


Məqalələr

Mirzə Ələkbər Sabir və müasirləri ədəbi müzakirələr kontekstində

Ulduz Qəhrəmanova
DOI: https://doi.org/10.48445/d7990-2050-0602-x
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 13 Aprel 2026

XÜLASƏ

Mirzə Ələkbər Sabir 1906–1910-cu illəri əhatə edən yaradıcılığı dövründə müasiri Məhəmməd Əşrəfiyə istinad etmiş, şeirlərindəki misralardan sitat gətirərək onu yad etmişdir. “İrşad” qəzetinin maddi çətinliklər səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşdiyi vaxt Sabir qəzetə həsr olunmuş xüsusi bir məqalə yazmış, bu yazıda türk şairinin vida ruhunda qələmə aldığı şeiri qəzetin düşdüyü ağır durumu ilə əlaqələndirmişdir. Həmin şeirdən sonra Sabir dostu Abbas Səhhətin “Ey vətən, getmə ki, əldən gedəriz” əsərinə də müraciət etmişdir. Sabir 1910-cu ildə qəzəl janrında yazdığı “Qurulubdur yenə meydani-həyahayi-süxən” adlı taziyanəsində də Məhəmməd Əşrəfini yad etmişdir. Ə. Cəfərzadənin qeyd etdiyi kimi, “Gop-gop” şeiri ciddi üslubda yazılmış, dini ruh daşıyan bir əsərdir. Altı bənddən ibarət olan bu şeir eyni süjet xətti üzərində qurulmuşdur. Sabirin eyni adlı “Gop-gop” şeiri isə həmin əsərin nəzminə yazılmış eyni formalı, lakin kəskin məzmunlu bir təhzil (satirik cavab) xarakteri daşıyır. M. Ə. Sabir “Qızdırmalı” imzası ilə tanınan M. H. Zeynalova da “Madam ki, Hamiyani-zülmət” adlı satirası ilə cavab vermişdir. Bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalının 13-cü sayında imzasız dərc olunmuşdur. Əsər dördüncü nəşrdən başqa Sabirin bütün nəşrlərinə daxil edilmiş, üçüncü nəşrdə isə “...Qafilanə xab et!” adı ilə verilmişdir.

 

AÇAR SÖZLƏR

Mirzə Ələkbər Sabir və müasirləri, nəzirələr, “Molla Nəsrəddin”

 


Məqaləni yüklə

İNDEKSLƏMƏ