Ədəbi tələffüz və cümlə qurmaq vərdişlərinin inkişafı üzrə aparılan işlər
Fəridə SəfərəliyevaDOI: https://doi.org/10.48445/v4971-7650-8351-h
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Məlumdur ki, ədəbi
dilin saflığı ilk növbədə tələffüz normalarına əməl olunmasından asılıdır.
Fikrin dinləyiciyə dəqiq və aydın formada çatdırılması çox vaxt tələffüzlə
bağlı olur. Tələffüz dedikdə, dilimizin ümumi normalara uyğun şəkildə ifadəsi nəzərdə
tutulur. Bu baxımdan tələffüz həm ədəbi, həm dialekt, həm də məhəlli danışıq
formalarını əhatə edir və “ədəbi tələffüz” anlayışı ilə ifadə olunur. Ədəbi tələffüz
dilin normalarına uyğun danışmağı, sözlərin və nitq səslərinin tələffüz
qaydalarına əməl olunmasını tələb edir. Bu qaydaların məcmusu orfoepik normalar
adlanır. Nitq inkişafı üzrə işin əsas vəzifəsi dil və təfəkkürün vəhdətinin öyrənilməsindən
irəli gəlir. Uşaqların təfəkkürünü inkişaf etdirməklə onların nitqinə təsir
göstərilir, nitqini inkişaf etdirməklə isə təfəkkürünün formalaşmasına təkan
verilir. Müəllim ibtidai siniflərdən başlayaraq şagirdlərdə ədəbi tələffüz
bacarığı, düzgün cümlə qurmaq vərdişləri, lüğət ehtiyatının zənginləşdirilməsi
və rabitəli nitqin inkişafı istiqamətində ardıcıl iş aparmalıdır. Məqalədə məhz ədəbi
tələffüz və cümlə qurmaq vərdişlərinin formalaşdırılması ilə bağlı aparılmış tədqiqat
işindən bəhs olunur.
AÇAR SÖZLƏR
ədəbi tələffüz, ibtidai sinif, cümlə qurmaq vərdişləri










































