Mürəkkəb cümlənin tədrisində müşahidə edilən problemlərin həllində sintaktik təhlilin rolu
Rəhilə HümmətovaDOI: https://doi.org/10.48445/w3930-6671-4746-h
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Mürəkkəb cümlənin linqvistik təhlilinin elmi əsaslarını
bu mövzuya dair formalaşmış elmi-nəzəri bilik və məlumatlar təşkil edir. Mürəkkəb
cümlənin tədrisində qarşıya qoyulan məqsədləri aşağıdakı kimi qruplaşdırmaq
olar:
– mürəkkəb cümlə anlayışı və onun sadə cümlədən fərqi;
– mürəkkəb cümlənin tərkib hissələrini formalaşdıran cümlələr arasında
bağlılıq;
– mürəkkəb cümlənin növləri;
– tabesiz mürəkkəb cümlə və onu əmələ gətirən tərəfləri bağlayan vasitələr;
– bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələr;
– tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında mövcud olan məna əlaqələri.
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında
məna əlaqələrinin müəyyənləşdirilməsində, tərkib hissələrinin quruluşunda və
tabesiz mürəkkəb cümlənin müəyyən edilməsində bəzən müəyyən çətinliklər ortaya çıxır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1.
Zaman, ardıcıllıq və səbəb-nəticə əlaqəli tabesiz
mürəkkəb cümlələrin müəyyən edilməsi.
2.
Tərkib hissələri sadə və tabeli mürəkkəb cümlələrdən ibarət
olan tabesiz mürəkkəb cümlələrin müəyyənləşdirilməsi.
3.
Tabesiz mürəkkəb cümlələrin müxtəlif tərkib hissələrinə
aid ortaq sözün və ya cümlə üzvünün müəyyənləşdirilməsi.
4.
Tabesiz mürəkkəb cümlə ilə həmcins üzvlü (xüsusən həmcins
xəbərli) sadə geniş cümlələrin və xəbərləri eyni şəxslə ifadə olunan bəzi
tabeli mürəkkəb cümlələrin fərqləndirilməsi.
5.
Amma, ancaq və lakin bağlayıcıları ilə bağlanmış
cümlələrin fərqləndirilməsi və s.
Məqalədə tabesiz mürəkkəb cümlənin tədrisində
müşahidə edilən problemlərin həlli yolları konkret faktlarla
aydınlaşdırılmışdır.
AÇAR
SÖZLƏR
tabesiz
mürəkkəb cümlə, aktual problemlər, həmcins xəbərli sadə cümlələr










































