Ələkbər Babazadə və onun “Türk dili” dərsliyi
Sərdar ZeynalDOI: https://doi.org/10.48445/x6902-3478-0116-o
ORCID ID: https://orcid.org/0000-0002-5377-6035
Tarix: 13 Aprel 2026
XÜLASƏ
Məqalədə dilçi alim
Ələkbər Babazadənin həyat və yaradıcılığı ilə yanaşı, onun qələmə aldığı “Türk dili” (qramer və yazı qaydaları)
dərsliyindən də bəhs olunur. Dilçilik elminin inkişafında mühüm xidmətləri olan
alimin həyat və yaradıcılığı haqqında son dövrlərdə geniş məlumatın olmaması
diqqət çəkir. Bu səbəbdən XX əsrin birinci yarısında yaşamış və dilçilik sahəsinə
dəyərli töhfələr vermiş Ə. Babazadənin elmi irsini tədqiq etmək, onun yazdığı dərslik
haqqında məlumat vermək məqsədəuyğun hesab edilir. Məqalənin məqsədi bu sahədə
fəaliyyət göstərən mütəxəssisləri alimin elmi-pedaqoji fəaliyyəti ilə tanış etməkdir.
Dərslik iki əsas hissədən ibarətdir: qrammatikanın sintaksis bölməsi və dilçiliyin fonetika bölməsi ilə bağlı anlayışlar. Hər iki bölmə üzrə mövzular
ayrı-ayrı paraqraflar şəklində təqdim edilərək izah olunmuşdur.
AÇAR SÖZLƏR
qramer, vurğu, heca,
əlifba, səs










































