TƏRƏFDAŞLAR


Məqalələr

Atalar sözləri, zərbi-məsəllərdə mətni məna və norma

Səminə Abdullayeva
DOI: doi.org/10.48445/m5464-0269-4446-c
ORCID ID: https://orcid.org/0000-0001-6540-3036
Tarix: 25 Yanvar 2024


XÜLASƏ 

Atalar sözləri və zərbi-məsəllər xalqın çoxəsrlik həyat təcrübəsindən qidalanaraq onun təfəkküründə dərinləşən, zənginləşərək yaşayan hikmətli nümunələrə çevrilmişdir. Bu nümunələrdən ünsiyyət zamanı hər hansı bir anlayışı daha dəqiq, daha canlı ifadə etmək üçün istifadə edilir. Adətən belə ifadələri işlətdikdə daha çox onların zahiri mənalarına diqqət yetirilir. Lakin onların hər birinin daha ibrətamiz daxili mənaları da vardır ki, çox zaman bunlara əhəmiyyət verilmir və ya onlar sadəcə diqqət cəlb etmirlər. Bədii əsərlərdə də hikmətamiz nümunələrdə olduğu kimi daxili məna ilə səciyyələnən ifadə vasitələrinə rast gəlinir. Belə bədii nümunələrdə daxili mənalılıq yaratmaq üçün ya ibrətamiz ifadələrdən istifadə olunur, ya bu ifadələr müəllifin özü tərəfindən yaradılır, ya da obrazlaşdırılma vasitələrindən biri kimi rəmzi mənalı sözlərin işlədilməsinə üstünlük verilir. 


AÇAR SÖZLƏR 

şifahi xalq ədəbiyyatı, tarixin yaddaşı, atalar sözləri və zərbi-məsəllər, mətni məna, normalar 

Məqaləni yüklə

İNDEKSLƏMƏ