Ədəbiyyat dərslərinin tipləri və formaları
Məhsəti ZamanovaDOI: https://doi.org/10.48445/s3649-4012-4622-f
ORCID ID: https://orcid.org/0009-0001-3002-7349
Tarix: 21 İyul 2026
XÜLASƏ
Orta ümumtəhsil məktəblərində ədəbiyyat dərslərinin
tədrisi prosesində müxtəlif metodikalara, yaradıcı yanaşmalara və milli irsin
tədrisinə diqqət yetirilməlidir. Bu prosesdə ədəbiyyatın nəzəri əsaslarından
faydalanmaq, qabaqcıl təcrübələrdən yararlanmaq, təlim-tərbiyənin səmərəli
qurulması üçün elmi-metodik bazadan istifadə zəruridir. Dərsin
məqsədə görə təsnifi müasir pedaqogika dərsliklərində də tədqiqat obyekti kimi
dərindən araşdırılır. Dərsə müxtəlif mövqelərdən qiymət verilsə də, onun
ayrı-ayrı komponentləri tədqiq olunsa da, mübahisə doğuran, dəqiqləşdirilməsinə
ehtiyac duyulan problemlər hələ də mövcuddur. Son dövrlərdə şagirdlərdə təlimə
münasibəti yaxşılaşdırmaq, məşğələlərə marağı artırmaq məqsədilə müxtəlif forma
və metodlardan istifadə edilir. Şübhəsiz, bunlar ayrı-ayrı fənlərin dərindən
öyrənilməsinə geniş imkan yaradır, şagirdlərin idrak fəallığı və məntiqi düşüncə
tərzinin formalaşmasına müsbət təsir göstərir. Dərsin tiplərinin didaktik tələblərə
uyğun müəyyənləşdirilməsi sahəsində aparılan bölgü pedaqoqlar tərəfindən müsbət
qiymətləndirilir. Məktəb təcrübəsindən məlumdur ki, təlimin təşkili formaları
yalnız dərslə məhdudlaşmır. Elmi ədəbiyyatda dərnəklər, təcrübi məşğələlər,
seminarlar, konfranslar, məsləhətlər, fakültativ və əlavə məşğələlər,
ekskursiyalar və s. təlimin təşkilinin köməkçi formaları kimi qiymətləndirilir.
AÇAR SÖZLƏR
kurikulum, dərs forması,
dərs tipi, təhsil, ədəbiyyatın tədrisi










































