TƏRƏFDAŞLAR


Məqalələr

İşğaldan azad edilmiş ərazilərin simvolikası: “Dönüş” və “Qayıdış” ideyalarının Naxçıvan ədəbi mühitində poetik təcəssümü

Azadə Əliyeva
DOI: https://doi.org/10.48445/s0099-1384-5582-f
ORCID ID: https://orcid.org/0009-0001-1689-4307
Tarix: 21 İyul 2026

XÜLASƏ

Bu tədqiqat işğaldan azad edilmiş ərazilərə “Dönüş” və “Qayıdış” ideyalarının Naxçıvan ədəbi mühiti kontekstində bədii dil və poetik strukturlar vasitəsilə təcəssümünü araşdırır. Tədqiqatın əsas məqsədi Naxçıvan ədəbi mühitində Vətən müharibəsindən sonrakı dövrdə formalaşan simvolik dili, poetik üslub xüsusiyyətlərini və qayıdış motivinin bədii-fəlsəfi dərinliyini üzə çıxarmaqdır. Məqalədə fenomenoloji və hermenevtik metodlardan istifadə edilməklə, Naxçıvanın şair və yazıçılarının əsərlərində “torpaq”, “sərhəd”, “Vətən”, “yurd həsrəti” kimi açar simvolların transformasiyası təhlil edilmişdir. Əldə olunan nəticələr göstərir ki, Naxçıvan ədəbi mühitində “Dönüş” ideyası yalnız fiziki bir hərəkət kimi deyil, eyni zamanda milli ruhun bərpası, tarixi ədalətin təntənəsi və Zəfər poetikasının mühüm tərkib hissəsi kimi təqdim olunur. Bu ədəbi irs beynəlxalq elmi ictimaiyyət üçün münaqişədən sonrakı dövrdə milli yaddaşın bərpası və sülh quruculuğu proseslərinin bədii inikası baxımından aktuallıq kəsb edir. Tədqiqat Naxçıvan ədəbiyyatşünaslığında simvolik düşüncənin yeni qatlarının təhlilinə yönəlməklə nəzəri baxımdan mühüm töhfə verir.

 

 

AÇAR SÖZLƏR

“Dönüş”, “Qayıdış”, Naxçıvan ədəbi mühiti, Zəfər poetkası, simvolika


Məqaləni yüklə

İNDEKSLƏMƏ