Azərbaycan dilində tərcümə problemləri
Rəfanə İsayevaDOI: https://doi.org/10.48445/w9056-3494-3147-c
ORCID ID: https://orcid.org/0000-0003-2668-5602
Tarix: 21 İyul 2026
XÜLASƏ
Məqalədə Azərbaycan dilində tərcümə prosesində
qarşıya çıxan əsas problemlər elmi-nəzəri və praktik aspektdən araşdırılır. Tərcümə
zamanı leksik-semantik uyğunsuzluqlar,
qrammatik struktur fərqləri, üslubi ekvivalentliyin qorunması, rəsmi-işgüzar
üslubun və mədəni reallıqların ötürülməsi mühüm problemlər kimi təhlil
edilir. İngilis və rus dillərindən Azərbaycan dilinə edilmiş tərcümələr əsasında
seçilmiş problemli nümunələr göstərilir və onların mümkün həll yolları təklif
olunur. Məqalədə həmçinin Azərbaycan dilinin qrammatik xüsusiyyətləri də nəzərə
alınır.
AÇAR SÖZLƏR
tərcümə, qrammatika, ekvivalentlik, mədəni faktor,
bədii və işgüzar tərcümə










































