Ali məktəblərdə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisi təcrübəsindən
Şaiqə İskəndərovaDOI: https://doi.org/10.48445/l5920-3228-2717-v
ORCID ID: https://orcid.org/0000-0003-2613-8473
Tarix: 21 İyul 2026
XÜLASƏ
Artıq bir neçə ildir ki, ali məktəblərdə
bütün ixtisaslar üzrə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni
tədris olunur. Tələbələrə gələcək işgüzar və ya akademik fəaliyyətləri istiqamətində
lazım olan şifahi və yazılı kommunikativ bacarıqlar aşılayan bu fənn inteqrativ
fənn kimi bir çox sahələrə aid bilikləri özündə birləşdirir. Fənnin tədrisi
zamanı müxtəlif metod və üsullardan istifadə edilərək tələbələrə işgüzar və
akademik kommunikasiya, eləcə də nitq, natiqlik və təqdimatetmə bacarıqları
aşılanır. Bu fənni öyrənməklə tələbələr müasir dünyanın işgüzar və akademik tələblərinə
uyğun olaraq formalaşır və əsaslı biliklərə yiyələnirlər. Onlar
əldə etdikləri biliklərlə həm işgüzar, həm də akademik mühitdə uğurlu gələcək
üçün elmi-nəzəri və praktik baza əldə etmiş olurlar ki, bu da hər bir gəncin həyatında
çox əhəmiyyətli rol oynayır.
AÇAR SÖZLƏR
Azərbaycan dili, işgüzar və
akademik kommunikasiya, kommunikativ bacarıqlar, nitq vərdişləri, natiqlik
bacarığı










































