TƏRƏFDAŞLAR


Məqalələr

Ədəbiyyat dərslərinin tədrisində interdisiplinar inteqrasiya

Məhrux Dövlətzadə
DOI: https://doi.org/10.48445/c6289-3791-9046-m
ORCID ID: https://orcid.org/0000-0002-2366-6097
Tarix: 21 İyul 2026

XÜLASƏ

Məqalədə ümumtəhsil məktəblərində ədəbiyyat dərslərinin tədrisində interdisiplinar inteqrasiyanın elmi-nəzəri əsasları və praktik əhəmiyyəti araşdırılır. Araşdırma zamanı ədəbiyyatın digər fənlərlə – tarix, coğrafiya, musiqi, təsviri incəsənət və fəlsəfə ilə əlaqəli şəkildə tədrisinin şagirdlərin dünyagörüşünün formalaşmasına, analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına təsiri təhlil olunur, interdisiplinar yanaşmanın müasir təhsil tələblərinə uyğunluğu nümunələrlə əsaslandırılır. Bu yanaşma kurukulum təlim nəzəriyyəsinə əsaslanaraq şagirdin biliyi hazır şəkildə qəbul etməsini deyil, müxtəlif fənlər üzrə əldə etdiyi biliklər əsasında yenidən qurmasını təmin edir. Müasir Azərbaycan məktəbində tədris prosesində yaranan çətinliklər isə həm qlobal təhsil dəyişiklikləri, həm də milli təhsil mühitinin spesifik xüsusiyyətləri ilə bağlıdır. Bu çətinliklər pedaqoji, psixoloji, metodiki və texnoloji aspektlərdə özünü göstərir. Ədəbiyyat dərslərində interdisiplinar inteqrasiya həmin çətinliklərin az da olsa kompensasiyasına səbəb olur, şagirdlərin dünyanı vahid sistem kimi qavramasına, bədii düşüncə ilə elmi bilik arasında körpü qurmasına şərait yaradır. Bu cür yanaşma müasir məktəbdə ədəbiyyatın təkcə fənn deyil, şəxsiyyət formalaşdıran əsas vasitə olduğunu təsdiqləyir.

 

 

AÇAR SÖZLƏR

ədəbiyyat tədrisi, interdisiplinar inteqrasiya, fənlərarası əlaqə, kompetensiya əsaslı təlim,

müasir pedaqogika


Məqaləni yüklə

İNDEKSLƏMƏ